Ədəbiyyat metodik vəsaitinin ilk nəşri 2006-cı ildə çap edilmişdir. Hazırda əlinizdə tutduğunuz bu vəsait ümumtəhsil məktəblərinin V–XI siniflərinin dərslikləri əsasında, ali məktəblərə qəbul proqramına uyğun yenilənmişdir. Mövzuların yığcam məzmunu, əsərlərin təhlili, bəzi çətin sözlərin izahlı lüğəti, terminlərin izahı, ədəbiyyat nəzəriyyəsi və ümumiləşdirmələr verilmişdir. Vəsait abituriyentlər, müəllimlər və MİQ imtahanına hazırlaşanlar üçün nəzərdə tutulmuşdur.