Şəmil Sadiqin “İnsan mühəndisi” kitabı ilə hardasa 2 ildir ki, yol gəlirik.
Müəllim kimi bəzi addımlarımı atmaqda mənə kömək edib. Bəzi fikirlərimi isə daha da qüvvətləndirib.
“Valideyn-şagird-məktəb üçbucağı”nda ən ağır öhdəlik hansı bucağa düşür?
“Valideyn-şagird-məktəb üçbucağı”nı çevrə kimi anlayıb dairəni yaradan nöqtələr funksiyasını daşısaq, doğrudanmı, hədəfə daha tez çatarıq?
Uşaqlarımız “necə bilməyi” bilməlidirlər, yoxsa “necə əldə etməyi”?
Övladlarımızı “bilik yarışı”na yönəldək, yoxsa “bacarıq yarışına”?
Niyə toplumlar “qismət və qədərçi” olurlar?
Cəhalətin savaşçıları təkcə müəllimlər olmalıdır?
Və təhsil hər şey bitəndən sonra yadda qalanların cəmidir.
Mütləq oxuyun!
Oxuyun ki, yuxarıdakı ciddi suallar ətrafında birlikdə düşünək.
Kitab dizayn baxımından da çox maraqlıdır. Hər gün dünyada milyonlarla ağacın məhz kitab istehsalı üçün kəsildiyini nəzərə alaraq kitabın arxasında xüsusi qablaşdırmada ağac toxumları yerləşdirilib. Biz o toxumları cücərdib yenidən təbiətimizi bərpa edə bilərik.
P.S. Hörmətli Şəmil müəllim, təcrübələrinizə əsaslanan bu kitab və xüsusi imzanız üçün təşəkkür edirik.
Zülfiyyə xanım, tənqidləriniz bol olsun.
İlahə ÜMİDLİ